Tramp: İranın buraxılış qurğuları tükənir

ABŞ Prezidenti Donald Trump İranın hərbi potensialının getdikcə zəiflədiyini bildirib.
Tramp bu barədə Politico nəşrinə açıqlamasında danışıb. Onun sözlərinə görə, “Epik Qəzəb” əməliyyatının ilk günlərindən sağ çıxmış bəzi iranlı rəsmilərlə əməkdaşlığa açıqdır.
ABŞ prezidenti qeyd edib ki, İran “bir müddət də raketlər yerləşdirə bilər”, lakin imkanları tükənmək üzrədir. “Onların ehtiyatları azalır və atəş açmaq üçün yerləri qalmır, çünki onlar məhv edilir”, – deyə Tramp bildirib.
O əlavə edib ki, İranın “buraxılış qurğuları tükənir”. Vaşinqtonun Tehranla münasibətlərinə toxunan Tramp “yeni İran hökuməti” ilə təmaslara açıq olduğunu söyləyib və bunun üçün “hələ gec olmadığını” vurğulayıb.
“Xeyr, gec deyil. Unutmayın ki, 49 yüksək vəzifəli iranlı rəhbər öldürülüb, bu isə kifayət qədər ciddi məsələdir. Yeniləri ortaya çıxır. Bir çox insan bu vəzifəni istəyir. Onlardan bəziləri çox yaxşı ola bilər”, – deyə o qeyd edib.
Bundan əvvəl The Wall Street Journal yazmışdı ki, Tramp İranda hakimiyyəti devirmək üçün silahlı mübarizəyə hazır olan qrupları dəstəkləməyə hazırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.