İran raketi Qətərdə ABŞ hərbi bazasına zərbə endirib

İran tərəfindən buraxılan raket Qətərdə yerləşən ABŞ hərbi bazasına zərbə endirib. Bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.
BBC-nin yaydığı xəbərə görə, Qətər istiqamətində iki İran ballistik raketi atılıb. Raketlərdən biri Qətərin hava hücumundan müdafiə sistemləri tərəfindən havada zərərsizləşdirilib.
Digər raket isə paytaxt Doha yaxınlığında yerləşən Al-Udeid Air Base aviabazasına düşüb. Həmin baza ABŞ-ın regionda ən böyük hərbi obyektlərindən biri hesab olunur.
Qətər hərbi rəsmilərinin ilkin məlumatına əsasən, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Hadisə Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə baş verib və regionda təhlükəsizliklə bağlı narahatlıqları daha da gücləndirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.