İRANIN TÜRKİYƏDƏKİ SƏFİRİ XİN-Ə ÇAĞIRILIB

Ankara Tehranın raket buraxılışına görə narahatlığını bildirib
İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb İran ərazisindən Türkiyənin hava məkanına doğru ballistik sursatın buraxılması olub.
Türkiyə XİN-dəki mənbələrin məlumatına görə, diplomata baş vermiş insidentlə bağlı Ankaranın narahatlığı və rəsmi reaksiyası çatdırılıb.
Bundan əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayaraq İran tərəfindən Türkiyə hava məkanına istiqamətlənmiş ballistik sursatın zərərsizləşdirildiyini bildirmişdi. Məlumata əsasən, raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri vasitəsilə neytrallaşdırılıb.
Məsələ ilə bağlı Hakan Fidan iranlı həmkarı Abbas Araghchi ilə telefon danışığı aparıb. Türkiyəli nazir baş vermiş hadisə ilə əlaqədar ölkəsinin mövqeyini çatdıraraq, gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.