Məsud Pezeşkian Yaxın Şərq liderlərinə müraciət etdi

İran Prezidenti Məsud Pezeşkian martın 4-də Yaxın Şərq ölkələrinin liderlərinə ünvanladığı müraciətdə rəsmi Tehranın region dövlətlərinin ərazi bütövlüyünə hörmət etdiyini bildirib. O qeyd edib ki, ABŞ və İsrailin hərbi addımları İranı özünü müdafiə etməyə məcbur edib.
Prezident sosial şəbəkə X hesabında paylaşdığı bəyanatda vurğulayıb ki, İran qonşu və dost ölkələrin suverenliyini tanıyır və regionda təhlükəsizliklə sabitliyin yalnız kollektiv səylər nəticəsində təmin oluna biləcəyinə inanır.
Pezeşkian mesajında “amerikan-sionist hərbi aqressiyasının” Tehrana başqa seçim qoymadığını qeyd edərək, İranın addımlarını müdafiə xarakterli adlandırıb.
Bəyanat regionda artan hərbi gərginlik fonunda səsləndirilib və Yaxın Şərq ölkələri arasında mümkün diplomatik təmasların intensivləşəcəyinə dair gözləntiləri artırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.