AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ İranla mümkün qarşıdurma fonunda Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının alınması ilə bağlı danışıqlar aparır.

  • + A
  • - A
  • 5-03-2026, 13:25

    ABŞ İranla mümkün qarşıdurma fonunda Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının alınması ilə bağlı danışıqlar aparır.


    Financial Times yazır ki, ABŞ İranla mümkün qarşıdurma fonunda Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının alınması ilə bağlı danışıqlar aparır.

    Nəşrin Ukrayna mənbələrinə istinadən yaydığı məlumata görə, Vaşinqton və Fars körfəzi regionundan ən azı bir ölkə İran dron hücumlarının qarşısını almaq məqsədilə Ukrayna istehsalı olan PUA-ların tədarükünü müzakirə edir.

    Ukraynalı rəsmilərdən biri bildirib ki, Pentagon ilə aparılan danışıqlar “həssas mövzu” hesab olunur. Onun sözlərinə görə, İranın istifadə etdiyi pilotsuz uçuş aparatlarını aşağı xərclə zərərsizləşdirə bilən Ukrayna dron-tutucularına maraq son dövrlər xeyli artıb.

    Məlumata görə, Iran Fars körfəzi regionunda hücumlar zamanı dronların su səthinə yaxın uçması kimi taktikalardan istifadə edərək hava hücumundan müdafiə sistemlərini çaşdırmağa çalışır. Buna görə də açıq dənizdə yerləşdirilən dronların bu aparatları daha effektiv ələ keçirə biləcəyi bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR