Human Rights: İranda mülki əhali arasında ölənlərin sayı 1168 nəfərə çatıb

İranda mülki əhali arasında həlak olanların sayı 1168 nəfərə çatıb. Bu barədə Human Rights Activists News Agency məlumat yayıb.
Məlumata əsasən, ölənlər arasında 194 uşaq var və onların əksəriyyəti 10 yaşdan kiçikdir.
Agentliyin bildirdiyinə görə, hazırda daha 336 nəfərin ölümü ilə bağlı məlumatlar yoxlanılır və onların da rəsmi statistikaya daxil ediləcəyi istisna edilmir.
Qeyd olunur ki, son 24 saat ərzində ölkənin 19 vilayətində azı 170 hücum qeydə alınıb. Bu hücumlar nəticəsində həm mülki şəxslər, həm də hərbçilər daxil olmaqla azı 79 nəfər həlak olub.
Məlumatda bildirilir ki, vəziyyətlə bağlı məlumatların dəqiqləşdirilməsi davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.