İran: Şiraza hücum nəticəsində 20 nəfər ölüb

ABŞ və İsrailin İranın Şiraz şəhərinə endirdiyi zərbə nəticəsində 20 nəfər həlak olub. Bu barədə Tasnim News Agency məlumat yayıb.
Agentliyin məlumatına görə, hücum şəhərin Zibaşəhr yaşayış məhəlləsində baş verib. Nəticədə 20 mülki şəxs həyatını itirib, daha 30 nəfər isə yaralanıb.
Məlumatda qeyd olunur ki, İran tərəfi hadisəni ABŞ və İsrail tərəfindən törədilmiş hərbi cinayət kimi qiymətləndirir.
Hadisə ilə bağlı əlavə məlumatların dəqiqləşdirildiyi bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.