İsrail Müdafiə Ordusu "Hizbullah" qruplaşması üzvlərinin aşkarlanması və məhv edilməsi üçün Livanın cənubunda məhdud reydə başlayıb.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, quru qüvvələri Livan ərazisinə daxil olmazdan əvvəl qruplaşmanın çoxsaylı obyektləri hərbi hava qüvvələrinin köməyi ilə vurulub.
"Bu əməliyyat ön xətdə müdafiə mövqelərinin möhkəmləndirilməsinə və İsrailin şimal hissəsinin sakinləri üçün əlavə müdafiə səviyyəsinin təmin edilməsinə yönəlib", - İsrail ordusu vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.