AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrailin hücumu nəticəsində 4 iranlı diplomat həlak olub

  • + A
  • - A
  • 10-03-2026, 21:31

    İsrailin hücumu nəticəsində 4 iranlı diplomat həlak olub


    Livanın paytaxtı Beyrutda İsrailin həyata keçirdiyi hücum nəticəsində 4 iranlı diplomatın öldüyü bildirilib. Bu barədə İran dövlət televiziyası məlumat yayıb.

    Məlumata görə, hadisə ilə bağlı açıqlama verən İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani hücumun qəsdən həyata keçirildiyini və bunun “terror aktı” olduğunu bildirib.

    İranın Nour News agentliyinin məlumatına əsasən, zərbə Beyrutda iranlı diplomatların qaldığı hotelə endirilib. Hücum nəticəsində hotelə ciddi ziyan dəyib və dörd diplomat həyatını itirib.

    İran tərəfi hadisəni beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək məsələ ilə bağlı BMT-yə müraciət edib.
    Hazırda hadisənin detalları və hücumun digər nəticələri ilə bağlı əlavə məlumatlar araşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR