ABŞ-ın elit dəniz piyadalarının Yaxın Şərqə göndərilməsi regionda münaqişənin yeni mərhələyə keçə biləcəyi ehtimalını artırır.

ABŞ-ın elit dəniz piyadalarının Yaxın Şərqə göndərilməsi regionda münaqişənin yeni mərhələyə keçə biləcəyi ehtimalını artırır. Bu barədə Britaniyanın The Daily Telegraph qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ Yaponiyadan Yaxın Şərqə təxminən 2,5 min nəfərlik elit dəniz piyadaları bölməsini göndərir. Bölmənin amfibiya-desant gəmisi olan USS Tripoli vasitəsilə yaxın 10–15 gün ərzində regiona çatacağı gözlənilir. Qəzet bu addımın ABŞ-ın bölgədə quru əməliyyatlarına başlaya biləcəyinə işarə etdiyini bildirir.
Məlumata görə, belə bir yerləşdirmə ABŞ qüvvələrinə qəfil reydlər həyata keçirməyə imkan verə və bununla da regionda döyüş əməliyyatlarının yeni mərhələsinə təkan verə bilər. Vaşinqton missiyanın dəqiq xarakterini açıqlamasa da, elit bölməyə Hörmüz boğazı üzərində nəzarətin bərpası tapşırıla biləcəyi ehtimal olunur.
Bundan əvvəl isə The Wall Street Journal ABŞ rəsmilərinə istinadən xəbər vermişdi ki, Vaşinqton Yaxın Şərqə dəniz piyadalarının ekspedisiya dəstəsini göndərir. Nəşrin məlumatına görə, ABŞ müdafiə naziri Pete Hegseth Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının – United States Central Command – amfibiya-desant qrupu və ekspedisiya dəstəsinin yerləşdirilməsi ilə bağlı müraciətini təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.