AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fridrix Merts Avropanı öz təhlükəsizliyini təmin etməyə çağırıb :

  • + A
  • - A
  • 18-03-2026, 19:09

    Fridrix Merts Avropanı öz təhlükəsizliyini təmin etməyə çağırıb :

    Almaniyanın kansleri Fridrix Merts Avropanın təhlükəsizliyini daha çox öz üzərinə götürməli olduğunu bildirib. O, bu barədə Bundestaqda çıxışı zamanı danışıb.

    Merts qeyd edib ki, qlobal güclərin dünya nizamını öz maraqlarına uyğun formalaşdırdığı bir dövrdə Avropa daha qətiyyətli davranmalıdır. Onun sözlərinə görə, “artıq özümüzü dəyərimizdən aşağı təqdim etmək istəmirik” və Avropa azadlığının müdafiəsini öz əlinə almalıdır.

    Kansler vurğulayıb ki, müasir dünya daha mürəkkəb xarakter alıb və bu şəraitdə vahid Avropa Almaniya üçün əsas təminat rolunu oynayır. O bildirib ki, Avropa İttifaqı gələcək üçün ən vacib dayaqdır.

    Avropa İttifaqı çərçivəsində islahatların zəruriliyinə də toxunan Merts, rəqabət qabiliyyətinin artırılması üçün bürokratik maneələrin aradan qaldırılmasının vacib olduğunu qeyd edib.
    O əlavə edib ki, dünya hazırda uzun müddətdir müşahidə olunmayan geosiyasi və geoiqtisadi sarsıntılar dövründən keçir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR