AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

M.Zaxarova Paşinyanı tənqid edib

  • + A
  • - A
  • 18-03-2026, 19:20

    M.Zaxarova Paşinyanı tənqid edib

    Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışını tənqid edib.

    Brifinq zamanı Zaxarova Paşinyanın “üçüncü ölkələr” və erməni din xadimlərinin keçmişdə KQB ilə əlaqələri barədə səsləndirdiyi fikirlərə aydınlıq gətirilmədiyini bildirib. Onun sözlərinə görə, Paşinyanın bu ifadələri qeyri-müəyyəndir və kimə ünvanlandığı anlaşılmır.

    Zaxarova qeyd edib ki, Paşinyan bəzi din xadimlərinin vaxtilə SSRİ-nin təhlükəsizlik orqanları ilə əlaqəli olduğunu və guya indi “üçüncü ölkələrin maraqları naminə Ermənistanın müstəqilliyini qurban verməyə çalışdıqlarını” iddia edir. Rusiya rəsmisi bu yanaşmanı şübhə altına alıb.

    O, həmçinin Paşinyanın Ermənistanın Avropa istiqamətli inkişafı ilə bağlı fikirlərini tənqid edib. Xatırladılıb ki, baş nazir çıxışında ölkənin həm Avropa İttifaqına qoşulacağı halda, həm də yalnız Avropa standartlarını tətbiq edəcəyi halda “qazanclı çıxacağını” bildirib. Zaxarova bu mövqeyi ironik şəkildə şərh edərək belə yanaşmanı məntiqsiz adlandırıb.

    Rusiya XİN nümayəndəsi əlavə edib ki, Avropa İttifaqında mövcud iqtisadi çətinliklər — sənaye istehsalının azalması, dövlət borcunun artması, miqrasiya problemləri və enerji qiymətlərinin yüksəlməsi — nəzərə alınmadan Avropa standartlarının mütləq üstünlük kimi təqdim edilməsi düzgün deyil.

    Onun sözlərinə görə, Ermənistan Avropa standartlarını qəbul etməyə çalışsa da, onların hazırlanmasında iştirak etmir. Eyni zamanda ölkə Avrasiya İqtisadi İttifaqı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində qərarların qəbulunda iştirak edən tamhüquqlu üzvdür.

    Zaxarova vurğulayıb ki, Ermənistan iqtisadiyyatının mühüm hissəsi məhz Avrasiya məkanındakı ticarət əlaqələri ilə bağlıdır və ölkə son ildə 7 faizdən çox iqtisadi artım nümayiş etdirib.
    Sonda o bildirib ki, Moskvanın mövqeyinə görə, Ermənistanın eyni zamanda həm Avropa, həm də Avrasiya inteqrasiya layihələrində tam şəkildə iştirak etməsi mümkün deyil. Bununla yanaşı, bu məsələnin Ermənistanın suveren qərarı olduğunu qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR