Bloomberg: Fars körfəzində neft şirkətləri əməkdaşları təxliyə edir

Fars körfəzi regionunda fəaliyyət göstərən bir sıra neft şirkətləri təhlükəsizlik risklərinin artması fonunda obyektlərdə çalışan əməkdaşlarını təxliyə etməyə başlayıb.
Məlumata görə, Saudi Aramco də daxil olmaqla bir neçə şirkət ehtiyat tədbiri kimi personalı çıxarır. Xüsusilə, Səudiyyə Ərəbistanının Əl-Cübeyl şəhərində yerləşən neft emalı zavodundan işçilərin təxliyə edildiyi bildirilir.
Gərginlik Islamic Revolutionary Guard Corps (SEPAH) tərəfindən verilən bəyanatdan sonra artıb. Qurum yaxın saatlarda Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdə yerləşən neft-qaz obyektlərinə zərbələr endirə biləcəyini açıqlayıb.
SEPAH bu addımı ABŞ və İsrailin İranın “Cənubi Pars” və Assaluyeh yataqlarındakı enerji infrastrukturuna endirdiyi hücumlara cavab kimi əsaslandırıb.
Bildirilib ki, mümkün hədəflər arasında Əl-Cübeyldəki neft emalı zavodu, BƏƏ-də “Əl-Hosn” qaz yatağı, Qətərdə Ras Laffan bölgəsindəki zavod və Mesaiddə Chevron ilə əlaqəli neft-kimya kompleksi var.
Hazırda regionda təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır və enerji infrastrukturu əsas risk zonası kimi qiymətləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.