Peskov: Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar dayandırılıb

Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqlar müvəqqəti olaraq dayandırılıb. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, növbəti danışıqlar raundunun tarixi və keçiriləcəyi məkan hələlik müəyyənləşdirilməyib. Bu məlumatı Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də təsdiqləyib.
Peskov əlavə edib ki, danışıqların dayanmasına baxmayaraq, Rusiya tərəfi Ukrayna ilə əsir mübadiləsi və həlak olmuş hərbçilərin cəsədlərinin qaytarılması məsələləri üzrə əlaqələri davam etdirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.