İranda AES yaxınlığında hücum: reaktordan 200 metr məsafədə partlayış

İranda yerləşən Buşehr Atom Elektrik Stansiyası yaxınlığında hücum baş verib. Hadisə nəticəsində partlayışın fəaliyyət göstərən enerji blokundan cəmi 200 metr məsafədə qeydə alındığı bildirilir.
Məlumatı İranın beynəlxalq təşkilatlar yanında Vyanadakı daimi nümayəndəsi Reza Nəcəfi açıqlayıb. Onun sözlərinə görə, insident martın 17-də yerli vaxtla saat 19:00-da baş verib və məqsədli hücum xarakteri daşıyıb.
Qeyd olunub ki, stansiyada 400-dən çox rusiyalı mütəxəssis fəaliyyət göstərir. Hadisənin miqyası və mümkün nəticələri barədə əlavə məlumat verilməyib.
İran tərəfi bildirib ki, bu hadisə son günlər ölkənin nüvə obyektlərinə qarşı həyata keçirilən hücumların davamıdır. Daha əvvəl Natanz nüvə obyekti və İsfahan nüvə obyekti ətrafında da oxşar zərbələr qeydə alınıb.
Rəsmi Tehran bu hücumları regionda gərginliyin artması fonunda baş verən hadisələr kimi qiymətləndirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.