Gürcüstan bütün ermənilərin Katolikosunun dəfn mərasiminə dəvət göndərib

Gürcüstan bütün ermənilərin Katolikosunun dəfn mərasiminə dəvət göndərib
Axalkalaki, Kumurdo və Kars mitropoliti Nikolay Paçuashvili bildirib ki, II Qaregin Gürcüstana gələrək II İliya ilə vidalaşmaq niyyətindədir.
Onun sözlərinə görə, dəfn mərasimi ilə bağlı ənənəyə uyğun olaraq müxtəlif ölkələrin ali dini liderlərinə dəvətlər göndərilib. Həmçinin qeyri-pravoslav kilsələri ilə də əlaqə saxlanılır.
Mitropolit qeyd edib ki, Ermənistan patriarxı da mərasimdə iştirak etmək istəyir, lakin ölkədəki daxili vəziyyət səbəbindən onun səfərinə icazə verilib-verilməyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, Gürcüstanın Katolikos-Patriarxı II İliya 93 yaşında vəfat edib. Onun ölümü ilə əlaqədar Gürcüstan ərazisində matəm elan olunub.
Məlumata görə, patriarx martın 22-də Sioni kafedralı dəfn ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.