AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Xəzərdə İranı niyə vurdu – Məqsəd Azərbaycan idi?

  • + A
  • - A
  • Dünən, 21:34

    İsrail Xəzərdə İranı niyə vurdu – Məqsəd Azərbaycan idi?

    Qərb mediasında açıq yazılan yeni strategiya
    Xəzər dənizi uzun illər geopolitik baxımdan sakit və qapalı məkan kimi təqdim olunurdu. Lakin son hadisələr göstərir ki, bu status artıq dəyişir. Region tədricən yeni güc qarşıdurmasının səhnəsinə çevrilir və bu dəyişimi artıq Qərb mediası açıq şəkildə yazmağa başlayıb.

    ABŞ-da fəaliyyət göstərən və dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşmış “The Maritime Executive” platformasında yayımlanan “Israel Protects Azerbaijan With Strike on Iran’s Caspian Fleet” (“İsrail İranın Xəzər donanmasına zərbə ilə Azərbaycanı qoruyur”) adlı məqalə bu baxımdan xüsusi diqqət çəkir. Məqalə sadəcə bir hərbi hadisəni təsvir etmir, əksinə regionda formalaşan yeni təhlükəsizlik arxitekturasının konturlarını ortaya qoyur.

    Ən diqqət çəkən məqam isə müəllifin irəli sürdüyü əsas tezisdir. Məqalədə açıq şəkildə qeyd olunur ki, İsrailin Xəzərdə həyata keçirdiyi zərbənin motivi birbaşa İsrailin öz təhlükəsizliyi ilə bağlı deyil. Əksinə, bu addım daha geniş strateji məqsədlərə xidmət edir: “The national security imperative which prompted the Israeli attack is much more likely to have been the support and protection of Azerbaijan.” (İsrail hücumunu şərtləndirən milli təhlükəsizlik imperativi çox böyük ehtimalla Azərbaycanın dəstəklənməsi və qorunması ilə bağlı idi.)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR