İSRAİL BEYRUTDA “HİZBULLAH” KOMANDİRİNİ MƏHV ETDİYİNİ BİLDİRİR

İsrailin Israel Defense Forces (SAXAL) Livanın paytaxtı Beyruta endirilən zərbə nəticəsində “Hizbullah” hərəkatının komandirlərindən birinin öldürüldüyünü açıqlayıb.
Məlumata görə, zərbə nəticəsində təşkilatın Cənub cəbhəsinə rəhbərlik edən Hac Yusif İsmayıl Haşim məhv edilib.
Bildirilir ki, o, 2024-cü ilin sentyabrında İsrailin zərbəsi nəticəsində öldürülən Əli Karakinin yerinə bu vəzifəyə təyin olunmuşdu. Həmin hücum zamanı “Hizbullah”ın lideri Həsən Nəsrallah da həyatını itirmişdi.
SAXAL-ın açıqlamasında qeyd olunur ki, Haşim 40 ildən artıq təcrübəyə malik yüksək rütbəli komandir olub və təşkilatın əsas fiqurlarından biri sayılırdı.
İsrail tərəfi zərbənin hərbi-dəniz qüvvələri tərəfindən həyata keçirildiyini bildirib. Hadisə ilə bağlı digər mənbələrdən əlavə təsdiq və ya itkilərlə bağlı detallı məlumat açıqlanmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.