AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

GÜRCÜSTANDA RUSİYA VƏTƏNDAŞLARI GİROV GÖTÜRÜLDÜ

  • + A
  • - A
  • 3-04-2026, 12:36

    GÜRCÜSTANDA RUSİYA VƏTƏNDAŞLARI GİROV GÖTÜRÜLDÜ


    Gürcüstanda bir qrup şəxs Rusiya vətəndaşlarını girov götürərək onlardan külli miqdarda pul tələb edib. Hadisə ilə bağlı 7 nəfər saxlanılıb.

    Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, təqsirləndirilən şəxslər gecə saatlarında qaz sızması bəhanəsi ilə aldadaraq Rusiya vətəndaşlarının yaşadığı evə daxil olublar.

    Məlumata görə, onlar soyuq silahdan istifadə edərək və öldürməklə hədələyərək zərərçəkənlərdən 2 min ABŞ dolları, mobil telefonlar və noutbukları alıblar. Daha sonra isə əlavə olaraq 300 min dollar tələb ediblər və əks halda onları öldürəcəklərini bildiriblər.

    Nazirliyin açıqlamasına əsasən, hadisədən bir neçə saat sonra şübhəlilər Rusiya vətəndaşlarını avtomobillərə mindirərək Marneuli bələdiyyəsi istiqamətində aparıblar.

    Faktla bağlı araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR