AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran xəbərdarlıq edib: Mülki obyektlərə zərbələrə “ikiqat cavab” veriləcək

  • + A
  • - A
  • 6-04-2026, 11:47

    İran xəbərdarlıq edib: Mülki obyektlərə zərbələrə “ikiqat cavab” veriləcək


    İran Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin mülki obyektlərinə edilən hücumlara qarşı daha sərt cavab veriləcəyini açıqlayıb.

    Rəsmi bəyanatda bildirilib ki, İrana qarşı mülki hədəflərə yönələn istənilən zərbə cavabsız qalmayacaq və buna veriləcək qarşılıq iki dəfə daha güclü olacaq.

    Baş Qərargah vurğulayıb ki, belə hücumlar baş verərsə, İran Silahlı Qüvvələri tərəfindən həyata keçiriləcək əməliyyatlar daha genişmiqyaslı və dağıdıcı xarakter daşıyacaq.

    Bəyanat Yaxın Şərqdə artan gərginlik fonunda səsləndirilib və regionda qarşıdurmanın daha da kəskinləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR