ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Hörmüz boğazından keçən gəmilərdən ödəniş almaq imkanını nəzərdən keçirir.
Onun sözlərinə görə, bu addımı ABŞ-ın atması İranın bunu etməsindən daha məqsədəuyğun olardı. Tramp qeyd edib ki, bu ideyada qeyri-adi heç nə yoxdur, çünki onun fikrincə, ABŞ qalib gəlib, İran isə məğlub olub.
“Mən demək istəyirəm ki, bizdə belə bir konsepsiya var ki, keçid üçün ödəniş tətbiq edək,” – deyə Tramp bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun İranın Hörmüz boğazından keçid üçün ödəniş tətbiq etməsinə imkan verməyəcəyini açıqlamışdı. O vurğulamışdı ki, ABŞ prezidentinin Tehranın belə bir addım atmasının qarşısını almaq üçün bir neçə ssenarisi mövcuddur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.