AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran səfirlikləri Trampa sosial mediada fərqli cavab hazırlayıb

  • + A
  • - A
  • 8-04-2026, 17:06

    İran səfirlikləri Trampa sosial mediada fərqli cavab hazırlayıb


    Yaxın Şərqdə artan gərginlik fonunda qarşıdurma yalnız hərbi və siyasi müstəvidə deyil, sosial şəbəkələrdə də davam edir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən İran səfirlikləri məm və satirik paylaşımlar vasitəsilə ABŞ prezidenti Donald Tramp-a yönəlik tənqidi mövqe nümayiş etdiriblər.

    Məlumata görə, İranın Tailanddakı səfirliyi aprelin 3-də LEGO üslubunda hazırlanmış məm paylaşıb. Şəkildə İran döyüşçülərinin vurulmuş ABŞ qırıcısının pilotunu təqib etdiyi təsvir olunub.

    Aprelin 5-də İranın Cənubi Afrika Respublikasıdakı səfirliyi isə X sosial şəbəkəsində Hörmüz boğazının bağlanması mövzusuna həsr olunmuş və Trampın təsvir olunduğu satirik məm yayımlayıb.

    Bundan bir gün sonra – aprelin 6-da İranın Zimbabvedəki diplomatik nümayəndəliyi Trampın Hörmüz boğazını yenidən açmaqla bağlı hədəsinə istehzalı reaksiya verib. Paylaşımda “açarların itdiyi” bildirilib.

    Artıq bu gün, aprelin 8-də isə İranın Bolqarıstandakı səfirliyi tərəfindən yayımlanan digər məm paylaşımlarında Hörmüz boğazından uzanan əlin ABŞ prezidentini boğduğu təsvir olunub.

    Qeyd olunur ki, Hörmüz boğazı ətrafında baş verən son hadisələr fonunda sosial media platformaları da informasiya və təsir mübarizəsinin əsas meydanlarından birinə çevrilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR