AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran: Yeni hücum olarsa, ABŞ və İsrailə daha sərt cavab veriləcək

  • + A
  • - A
  • 8-04-2026, 17:11

    İran: Yeni hücum olarsa, ABŞ və İsrailə daha sərt cavab veriləcək


    İran Silahlı Qüvvələri ABŞ və İsrailə etimad göstərmədiyini bildirərək, Yaxın Şərqdə baş verən bütün prosesləri diqqətlə izlədiyini açıqlayıb. Rəsmi Tehranın bəyanatına görə, mümkün yeni hücum halında daha sərt və qəti tədbirlər görüləcək.

    Məlumata əsasən, bu barədə İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı – Xatəm əl-Ənbiya bəyanat yayıb.

    Bəyanatda vurğulanır ki, İran tərəfi ABŞ və “sionist qüvvələr” adlandırdığı İsrailə etibar etmir və onların regiondakı bütün hərəkətlərini yaxından izləyir.

    “ABŞ və sionist rəqiblərə etimad göstərmədən, onların regiondakı bütün fəaliyyətlərini diqqətlə izləyirik. Onların növbəti səhvi halında əvvəlkindən daha qəti və daha dağıdıcı şəkildə cavab verəcəyik”, – deyə bəyanatda bildirilir.

    Qeyd edək ki, son günlər Yaxın Şərq regionunda gərginlik artmaqda davam edir və tərəflər arasında qarşılıqlı bəyanatlar daha da sərtləşir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR