İSRAİLLİ NAZİR: İRANLA ATƏŞKƏS SƏHVDİR

İsrailin diasporla iş üzrə naziri Amichai Chikli İranla əldə olunan atəşkəs qərarını tənqid edib.
O, The Times of Israel nəşrinə açıqlamasında bildirib ki, hazırkı mərhələdə atəşkəsin bağlanması “səhv addım” olub. Nazir həmçinin bu razılaşmanın uzunmüddətli olacağına şübhə ilə yanaşıb.
“Düşünürəm ki, bu vaxtda atəşkəsin əldə olunması səhv idi”, – deyə Çikli vurğulayıb.
Onun sözlərinə görə, atəşkəsin davamlı qalma ehtimalı cəmi 50 faiz səviyyəsində qiymətləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.