Ermənistanda azadlıqdan məhrum edilənlərin sayı kəskin artıb

2024–2025-ci illər üzrə rəsmi statistikaya əsasən, Ermənistanda məhkum olunan və azadlıqdan məhrum edilən şəxslərin sayında ciddi artım qeydə alınıb.
Məlumata görə, 2025-ci ildə ölkədə ümumilikdə 7872 nəfər məhkum olunub. Onlardan 896 nəfəri azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə 6179 nəfər məhkum olunmuş, onların 700 nəfəri həbs cəzası almışdı.
Statistik göstəricilər göstərir ki, 2025-ci ildə məhkum olunanların ümumi sayı əvvəlki illə müqayisədə 27,4 faiz, azadlıqdan məhrum edilənlərin sayı isə 28 faiz artıb.
Bununla yanaşı, hesabat dövründə alternativ cəza növlərindən biri olan ictimai işlərin tətbiqində də əhəmiyyətli artım müşahidə olunub – bu göstərici demək olar ki, iki dəfə yüksəlib.
Mütəxəssislər artımı müxtəlif amillərlə, o cümlədən hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və cinayətlərin qeydiyyat səviyyəsinin yüksəlməsi ilə izah edir
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.