ABŞ İranla müharibədə itkilərini açıqladı

ABŞ İranla aparılan hərbi əməliyyat zamanı itkiləri barədə məlumat yayıb.
Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı tərəfindən təqdim edilən hesabatda bildirilir ki, “Epik Qəzəb” (Operation Epic Fury) adlı 40 günlük əməliyyat zamanı 13 amerikalı hərbçi həlak olub, 381 nəfər isə yaralanıb. Bu barədə Military Times məlumat yayıb.
Bildirilir ki, ölənlərdən 7-si birbaşa döyüş əməliyyatları zamanı, İran qüvvələrinin açdığı atəş nəticəsində həlak olub. Onların bir hissəsinin 1 mart tarixində Səudiyyə Ərəbistanında İranın hava zərbəsi nəticəsində öldüyü ehtimal edilir.
Digər 6 ölüm isə döyüşlə əlaqəli olmayan hadisələr kimi qeydə alınıb. Bu itkilər ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135 tipli yanacaqdaşıyan təyyarənin ekipajının həlak olması ilə bağlıdır. Təyyarə hava əməliyyatlarına dəstək verərkən qəzaya uğrayıb.
Qeyd edək ki, ABŞ-ın açıqladığı bu rəqəmlər İranla qarşıdurmanın miqyası və intensivliyi barədə müəyyən təsəvvür yaradır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.