AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan: “İsrailin siyasəti Hitlerin siyasətindən heç nə ilə fərqlənmir”

  • + A
  • - A
  • Dünən, 22:36

    Ərdoğan: “İsrailin siyasəti Hitlerin siyasətindən heç nə ilə fərqlənmir”

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin siyasətini kəskin tənqid edərək onu nasist Almaniyasının siyasəti ilə müqayisə edib.

    Türkiyə mətbuatının məlumatına görə, Ərdoğan İsrail parlamentinin yalnız Fələstinli məhbuslara ölüm cəzasının tətbiqi ilə bağlı qərarını “aparteid” kimi xarakterizə edib və bunun hüququn irqçi və faşist bir alətinə çevrildiyini bildirib.

    O qeyd edib ki, bu sistem aparteid rejimindən belə daha ağır xarakter daşıyır və 1994-cü ildə Cənubi Afrikada devrilmiş ayrı-seçkilik sistemini xatırladır.

    “Bu, ayrı-seçkilik və irqçilikdir. İsraildə tətbiq edilən sistem aparteiddən də pisdir. İsrail parlamentinin Fələstinli məhbuslara ölüm cəzası tətbiq etmə qərarı əslində Hitler dövründə yəhudilərə qarşı aparılan siyasətdən heç nə ilə fərqlənmir”, – deyə Ərdoğan bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR