AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

D.Tramp: "Iran danışıqlara maraq göstərir"

  • + A
  • - A
  • 13-04-2026, 21:46

    D.Tramp: "Iran danışıqlara maraq göstərir"

    ABŞ prezidenti Donald Trump bildirib ki, İran tərəfi danışıqlara maraq göstərir və artıq əlaqə saxlayıb.

    Onun sözlərinə görə, bu gün səhər “lazım olan şəxslər” tərəfindən zəng edilib və qarşı tərəf razılaşma əldə etmək niyyətindədir. İran ilə mümkün razılaşmaya toxunan Tramp vurğulayıb ki, əsas şərt Tehranın nüvə silahına sahib olmamasıdır.

    “Onlar razılaşma əldə etmək istəyirlər. İran heç vaxt nüvə silahına malik olmayacaq. Əgər razılaşmanı qəbul etməsələr, heç bir saziş baş tutmayacaq”, – deyə o qeyd edib.

    Qeyd edək ki, bu açıqlama Vaşinqton ilə Tehran arasında gərginliyin davam etdiyi bir dövrdə səsləndirilib və mümkün diplomatik danışıqların yenidən gündəmə gələ biləcəyinə işarə edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR