ABŞ Sakit okeanda şübhəli narkotik daşıyan gəmiyə zərbə endirib: 4 nəfər ölüb

ABŞ ordusu son aylarda bu tip əməliyyatların sayını artırıb
ABŞ hərbi qüvvələri Sakit okeanın şərq hissəsində narkotik daşıdığı ehtimal edilən gəmiyə zərbə endirib. ABŞ kəşfiyyat məlumatlarına görə, sözügedən gəmi narkotik daşımaları ilə yanaşı terror təşkilatı tərəfindən istifadə olunurdu.
ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının yaydığı məlumata əsasən, əməliyyat nəticəsində 4 nəfər həyatını itirib.
Bildirilir ki, ötən ilin sentyabr ayından etibarən ABŞ Karib hövzəsi və Sakit okeanda narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu ehtimal edilən gəmilərə qarşı ümumilikdə 50 belə zərbə endirib. Bu əməliyyatlar nəticəsində həlak olanların ümumi sayı 172 nəfərə çatıb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.