AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Hizbullah” İsraillə atəşkəs elan etdi

  • + A
  • - A
  • Dünən, 20:30

    “Hizbullah” İsraillə atəşkəs elan etdi

    Livanda “Hizbullah” qruplaşması İsrail ilə hərbi əməliyyatları dayandıraraq bu gündən etibarən bir həftəlik atəşkəs rejiminə başladı.

    Bu qərar Tehranın diplomatik təzyiqi nəticəsində əldə olunub.

    Məlumata görə, bu müvəqqəti sükut 2026-cı il aprelin 8-də ABŞ və İran arasında imzalanmış ikihəftəlik barışığın müddəti başa çatana qədər qüvvədə qalacaq. Razılaşmaya əsasən, İsrail tərəfinin hərbi əməliyyatlardan çəkindirilməsi və atəşkəsə əməl etməsinə nəzarət məsuliyyəti rəsmi Vaşinqtonun üzərinə qoyulub.

    Xatırladaq ki, regionda gərginlik fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı əməliyyatlar və İranın ali rəhbəri Əli Xameneinin öldürülməsindən sonra pik həddə çatmışdı. “Hizbullah”ın müharibəyə qoşulması ilə İsrail Livanın cənubunda genişmiqyaslı hava və quru əməliyyatlarına başlamışdı. Aprelin 14-də Vaşinqtonda keçirilən Livan-İsrail diplomatik təmasları isə bu gün elan olunan atəşkəs üçün hüquqi zəmin yaradıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR