Ermənistanda minik avtomobili mikroavtobusla toqquşub: xəsarət alanlar var

Ermənistanda minik avtomobili mikroavtobusla toqquşub: xəsarət alanlar var
Ermənistanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Yerevan–Sevan–İcevan avtomobil yolunda qeydə alınıb. Belə ki, “Moskviç” markalı minik avtomobili ilə Yerevan–Dilican–İcevan marşrutu üzrə hərəkət edən “Qazel” mikroavtobusu toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü və bir sərnişin xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Mikroavtobusda olan 12 sərnişinə isə hadisə yerində təcili tibbi yardım göstərilib. Onlar hospitalizasiyadan imtina ediblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.