AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Ukraynanın üç bölgəsinə zərbələr endirib: 14 nəfər ölüb, 100 nəfər xəsarət alıb

  • + A
  • - A
  • Bu gün, 10:39

    Rusiya Ukraynanın üç bölgəsinə zərbələr endirib: 14 nəfər ölüb, 100 nəfər xəsarət alıb

    Rusiya qoşunları Ukraynanın Kiyev, Odessa və Dnepropetrovsk vilayətlərinə hücum edib, nəticədə 14 nəfər həlak olub, 100 nəfər yaralanıb.

    Bu barədə vilayət hərbi administrasiyalarının rəhbərləri məlumat verib.

    Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, gecə saatlarında Kiyevə raket zərbəsi nəticəsində 4 nəfər həlak olub, 54 nəfər yaralanıb.

    Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, Rusiyanın zərbələri nəticəsində 7 nəfər həlak olub, ən azı 12 nəfər yaralanıb.

    Dnepropetrovsk vilayətində isə 3 nəfər ölüb, 34 nəfər yaralanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR