Paşinyan: “Müəyyən dairələrin siyasi səhnədən silinməsi prosesi geri dönməzdir”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarını sülhü qorumağa çağırıb. O bildirib ki, ictimaiyyət “müharibə tərəfdarı olan qüvvələri” və “siyasi səhnədə yeri olmayan şəxsləri” siyasətdən kənarlaşdırmalıdır.
Baş nazir bu fikirləri Milli Məclisdə hökumətin 2021–2026-cı illər proqramının 2025-ci il üzrə icrası ilə bağlı hesabat təqdim edərkən səsləndirib.
Paşinyan qeyd edib ki, qanunsuz əldə olunmuş əmlakın müsadirəsi ilə bağlı iş üzrə Ermənistanın Kassasiya Məhkəməsi artıq ilk qərarını verib. Onun sözlərinə görə, bu proses nəticəsində “cəmiyyətə məlum olan bəzi dairələrin siyasi və iqtisadi təsir imkanlarının aradan qalxması artıq geri dönməz xarakter alır”.
Baş nazir əlavə edib ki, hökumət korrupsiyaya qarşı mübarizəni və hüquqi islahatları davam etdirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.