AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan parlament sədri: “Aİ sülh layihəsindən qarşıdurma mənbəyinə çevrilir”

  • + A
  • - A
  • Bu gün, 14:20

    Gürcüstan parlament sədri: “Aİ sülh layihəsindən qarşıdurma mənbəyinə çevrilir”


    Gürcüstan parlamentinin sədri Şalva Papuashvili Avropa İttifaqını tənqid edərək bildirib ki, qurum tədricən sülh layihəsindən qarşıdurma və iğtişaşlar yaradan bir struktura çevrilir.

    O, jurnalistlərə açıqlamasında qeyd edib ki, müxtəlif ölkələrdə baş verən iğtişaşların arxasında məhz Aİ dayanır və bu vəziyyət “utancverici” hesab olunmalıdır.

    Bundan əvvəl Gürcüstanın “İmedi” telekanalı ölkədə müxalifət qüvvələrinin yeni iğtişaşlara hazırlaşdığı barədə məlumat yayıb. Bildirilib ki, bu prosesdə “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” təşkilatının liderlərindən biri olan İqor Blaževiç də iştirak edir.

    Papuashvilinin sözlərinə görə, o, Çexiya ilə əlaqəli təşkilatların iştirakı ilə Gürcüstanda mümkün iğtişaşların hazırlanması barədə məlumatları ətraflı araşdıracaq.

    Sədr əlavə edib ki, əvvəllər bu kimi fəaliyyətlər ABŞ-ın əvvəlki administrasiyası tərəfindən maliyyələşdirilirdi. Onun iddiasına görə, Donald Tramp hakimiyyətə gəldikdən sonra bir sıra təşkilatlar bağlanıb və maliyyə axını dayandırılıb. Hazırda isə bu funksiyanı Brüsselin yerinə yetirdiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR