AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin bu il 7 yeni atom enerji blokunu istismara verəcək

  • + A
  • - A
  • Bu gün, 14:40

    Çin bu il 7 yeni atom enerji blokunu istismara verəcək


    Çin 2026-cı ildə yeddi atom enerji blokunun tikintisini başa çatdıraraq istismara verməyi planlaşdırır. Bu barədə China Daily nəşri China Nuclear Energy Association-ın illik hesabatına istinadən məlumat yayıb.

    Hazırda ölkədə 60 atom enerji bloku fəaliyyət göstərir ki, bu da təmiz enerjiyə keçid üçün sabit əsas yaradır.

    Məlumata görə, hazırda 36 enerji bloku tikinti mərhələsindədir. Onlardan ikisinin tikintisinə 2026-cı ildə başlanılıb. Qeyd olunur ki, dünyada inşa edilən atom elektrik stansiyalarının yarıdan çoxu məhz Çinin payına düşür.

    Bundan əlavə, daha 16 atom enerji blokunun layihəsi rəsmi şəkildə təsdiqlənib və tikintiyə başlanılması gözlənilir.

    Hazırda Çində atom elektrik stansiyalarının ümumi quraşdırılmış gücü 125 giqavat təşkil edir və ölkə bu göstəriciyə görə dünyada birinci yerdədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR