AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran bildirib ki, Hörmüz boğazında yeni qaydalar tətbiq edilib

  • + A
  • - A
  • Bu gün, 21:49

    İran bildirib ki, Hörmüz boğazında yeni qaydalar tətbiq edilib

    İran rəsmiləri Hörmüz boğazı ərazisində yeni hərəkət qaydalarının qüvvəyə mindiyini açıqlayıb. Bu barədə ölkənin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanlığı məlumat yayıb.

    Bildirilib ki, yeni qaydalara əsasən, qeyri-hərbi gəmilər yalnız İran tərəfindən müəyyən edilmiş marşrut üzrə hərəkət edə biləcək. Hərbi gəmilərin boğazdan keçidi isə əvvəlki kimi qadağan olaraq qalır.

    Eyni zamanda qeyd olunub ki, bütün keçidlər yalnız SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin icazəsi ilə həyata keçiriləcək.

    Açıqlamada vurğulanır ki, bu qaydalar bölgədə hərbi əməliyyatların dayandırılması və xüsusilə Livan ərazisində atəşkəsin təmin olunmasından sonra formalaşmış “nisbi sakitlik dövrü” çərçivəsində tətbiq edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR