AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransız hərbçi öldürüldü - Makron “Hizbullah”ı günahlandırdı

  • + A
  • - A
  • Dünən, 20:30

    Fransız hərbçi öldürüldü - Makron “Hizbullah”ı günahlandırdı

    Livanın cənubunda baş verən hücum zamanı bir fransız hərbçi həlak olub.

    AzadMediaz.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında paylaşım edib.

    Makron qeyd edib ki, həmin əsgər Livan ərazisində yerləşən BMT-nin sülhməramlı qüvvələrində xidmət edib.

    O, ölən hərbçinin ailəsinə başsağlığı verib.

    Makron əlavə edib ki, hadisə nəticəsində daha üç fransız hərbçi yaralanıb və təxliyə olunub.

    Fransa Prezidenti vurğulayıb ki, mövcud məlumatlar hücumun məsuliyyətinin “Hizbullah”ın üzərinə düşdüyünü göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR