AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Reuters": Tramp blokadanın İranla danışıqlara maneə törətməsi ilə bağlı fikiri nəzərdən keçirəcək

  • + A
  • - A
  • Bu gün, 13:43

    "Reuters": Tramp blokadanın İranla danışıqlara maneə törətməsi ilə bağlı fikiri nəzərdən keçirəcək

    ABŞ Prezidenti Donald Tramp İrana qarşı dəniz blokadasının danışıqlara mane olduğu barədə Pakistan ordusunun başçısı feldmarşal Asim Munirin məsləhətini nəzərdən keçirəcək.

    “Reuters“ə danışan pakistanlı təhlükəsizlik rəsmisi Trampın Asim Munirlə telefon danışığında İrana qarşı blokadanın sülh danışıqlarına maneə törətdiyi ilə bağlı Munirin tövsiyəsini nəzərə alacağını bildirib.

    Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ölkəsinin rəhbərliyi tərəfindən ABŞ-la danışıqların növbəti raundunun keçirilməsi ilə bağlı heç bir qərarın verilmədiyini qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR