AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Si Cinpin Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunmasına çağırıb

  • + A
  • - A
  • Bu gün, 16:24

    Si Cinpin Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunmasına çağırıb

    Çin Xalq Respublikasının sədri Si Cinpin Hörmüz boğazı vasitəsilə sərbəst və təhlükəsiz gəmiçiliyin təmin olunmasının vacibliyini bəyan edib.

    Bu barədə Çinin “Sinxua” agentliyi məlumat yayıb. Bildirilir ki, Çin lideri bu fikirləri Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə telefon danışığı zamanı səsləndirib.

    Si Cinpin qeyd edib ki, Pekin Yaxın Şərqdə baş verən münaqişələrin yalnız siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır. O, həmçinin dərhal və hərtərəfli atəşkəsə çağırıb.

    Çin lideri regionda sabitliyin qorunmasının vacibliyini vurğulayaraq, xüsusilə strateji nəqliyyat marşrutlarında gərginliyin artmasının qarşısının alınmasının zəruri olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR