AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moskva hava limanında İsrail vətəndaşları saxlanılıb

  • + A
  • - A
  • Bu gün, 20:46

    Moskva hava limanında İsrail vətəndaşları saxlanılıb

    Rusiya KİV-lərinin məlumatına görə, aprelin 19-da Domodedovo Beynəlxalq Hava Limanı-na Təl-Əvivdən gələn azı 40 nəfər İsrail vətəndaşı Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və dindirilib.

    Məlumata görə, saxlanılanlar arasında həm ikili vətəndaşlığı (İsrail və Rusiya), həm də yalnız İsrail pasportu olan şəxslər olub.

    Dindirilmə zamanı bəzi şəxslərə İran ilə müharibədə iştirakla bağlı ittihamların irəli sürüldüyü bildirilir. Hüquq-mühafizə orqanlarının nümayəndələri söhbət zamanı İranın Rusiyanın müttəfiqi olduğunu, İranın düşmənlərinin isə “Rusiyanın da düşməni” sayıldığını qeyd ediblər. Eyni zamanda, İsrail vətəndaşlarının Moskvaya səfərinin “arzuolunmaz” olduğu bildirilib.

    Təxminən 5 saat davam edən saxlanmadan sonra şəxslər “qanun pozuntusuna yol verməmək barədə xəbərdarlıq” məzmunlu sənədlər imzaladıqdan sonra sərbəst buraxılıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR