ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ İranla münaqişədə yaranmış sakitlikdən istifadə edərək yenidən silahlanır və onun bölgədəki hərbi varlığı əməliyyat başlamazdan əvvəlkindən daha çoxdur.
Tramp bu haqda CNBC telekanalına müsahibəsində danışıb.
Amerika liderinin fikrincə, müvəqqəti atəşkəs yaxşı qərar idi, çünki bu, ABŞ-yə yenidən silahlanması üçün vaxt verdi:
“Bizim çoxlu silah-sursatımız var, hər şeydən çox, ona görə də biz dörd-beş həftə əvvəlkindən çox güclüyük. Ehtiyatlarımızı doldurmaq üçün ondan istifadə etdik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.