AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Hizbullah-ın silahsızlaşdırılması üçün hərbi və diplomatik təzyiq göstərir

  • + A
  • - A
  • Bu gün, 20:27

    İsrail Hizbullah-ın silahsızlaşdırılması üçün hərbi və diplomatik təzyiq göstərir

    İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, ölkəsi Livanda fəaliyyət göstərən Hizbullah hərəkatını silahsızlaşdırmaq məqsədilə həm hərbi, həm də diplomatik vasitələrdən istifadə edir. Bu barədə o, NBC News-a açıqlamasında deyib.

    Nazirin sözlərinə görə, Livandakı kampaniyanın əsas məqsədi Hizbullahı tərksilah etmək və İsrailin şimal bölgələrinə yönələn təhlükəni aradan qaldırmaqdır. O vurğulayıb ki, bu məqsədə çatmaq üçün kompleks yanaşma – hərbi əməliyyatlarla yanaşı diplomatik təzyiq də tətbiq olunur.

    Katz əlavə edib ki, əgər Livan hökuməti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməzsə, İsrail Müdafiə Qüvvələri (SAXAL) hərbi əməliyyatları davam etdirəcək.

    Nazir bu açıqlamanı Livanda 10 günlük atəşkəs fonunda səsləndirib. Həmin müddətdə İsrail ordusu ölkənin cənubunda mövcudluğunu qoruyub saxlayıb və bəzi yaşayış məntəqələrinə giriş-çıxışı məhdudlaşdırıb. Bu isə öz evlərinə qayıtmağa çalışan yüz minlərlə məcburi köçkün livanlı mülki şəxsin vəziyyətini çətinləşdirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR