Ukraynadan Donbasla bağlı maraqlı təklif

New York Times-ın yaydığı məlumata görə, Ukrayna son aylarda aparılan sülh danışıqları zamanı qeyri-adi təkliflə çıxış edib. Belə ki, rəsmi Kiyev Donbas ərazisinin bir hissəsinin “Donnilend” adlandırılmasını müzakirəyə çıxarıb. Bu adın Donald Trump-ın şərəfinə verilməsi təklif olunub.
Nəşrin yazdığına görə, bu təşəbbüs qlobal siyasətdə formalaşan yeni reallığı əks etdirir. Belə ki, bəzi dövlətlər ABŞ-ın dəstəyini qazanmaq üçün Vaşinqton rəhbərliyinə, xüsusilə də Donald Trampın şəxsi ambisiyalarına xitab edən simvolik addımlara üstünlük verir.
Məqalədə qeyd olunur ki, bu, ilk belə hal deyil. Məsələn, 2018-ci ildə Polşa ABŞ hərbi bazasının yerləşdirilməsi üçün layihəni “Fort Trump” kimi təqdim etmişdi. Bundan əlavə, ötən il Ermənistan və Azərbaycan arasında Ağ Ev-də imzalanan sülh razılaşmasında yaradılan nəqliyyat marşrutuna “Tramp yolu – beynəlxalq sülh və rifah üçün” adı verilmişdi.
The New York Times qeyd edir ki, “Donnilend” təşəbbüsü indiyədək ictimaiyyətə açıqlanmayan ən qeyri-adi geosiyasi jestlərdən biri hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.