AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Hind Okeanında İran nefti daşıyan gəmini ələ keçirdiyini açıqlayıb

  • + A
  • - A
  • Bu gün, 16:13

    ABŞ Hind Okeanında İran nefti daşıyan gəmini ələ keçirdiyini açıqlayıb


    ABŞ hərbi qüvvələri Hind Okeanında, INDOPACOM komandanlığının məsuliyyət zonasında, İran nefti daşıdığı bildirilən və dövlətə aidiyyəti olmayan “Majestic X” adlı gəmini gecə saatlarında dənizdə saxlayıb və ona baxış keçirmək hüququ ilə ələ keçirib.

    Bu barədə ABŞ “Müharibə Nazirliyi”nin yaydığı məlumatda qeyd olunub.

    Bəyanatda bildirilir ki, ABŞ beynəlxalq sularda fəaliyyət göstərən və sanksiyalara məruz qalan subyektlərə dəstək verən qanunsuz dəniz şəbəkələrinə qarşı tədbirləri davam etdirəcək.

    “Biz dənizdə qeyri-qanuni şəbəkələrin fəaliyyətinin qarşısını almaq üçün beynəlxalq tədbirləri tətbiq etməyə davam edəcəyik və İrana maddi dəstək göstərən gəmiləri harada olmasından asılı olmayaraq dayandıracağıq. Beynəlxalq sular sanksiyalara məruz qalan subyektlər üçün gizlənmə vasitəsi ola bilməz. Nazirlik qanunsuz subyektləri və onların gəmilərini dənizdə sərbəst hərəkət imkanından məhrum etməyə davam edəcək,” – deyə açıqlamada vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR