AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qalstanyanın həbs müddəti növbəti dəfə uzadıldı

  • + A
  • - A
  • Bu gün, 18:00

    Qalstanyanın həbs müddəti növbəti dəfə uzadıldı


    Ermənistan məhkəməsi “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini daha 2 ay uzadıb.

    Bununla onun həbs müddəti 4-cü dəfə uzadılmış olub.

    Daha əvvəl Qalstanyanın həbs müddəti 3 dəfə uzadılmışdı. Ötən ilin avqust və noyabr aylarında arxiyepiskopun həbs müddəti 3 aylıq, bu ilin fevralında isə 2 aylıq uzadılıb.

    Xatırladaq ki, arxiyepiskop 2025-ci il iyunun 26-da saxlanılıb. O, terrorçuluq, kütləvi iğtişaşlar və hakimiyyəti ələ keçirməyə cəhd ittihamları ilə məsuliyyətə cəlb olunub. Arxiyepiskop özünə qarşı irəli sürülən ittihamları qəbul etmir və baş verənləri siyasi təqib adlandırır. Eyni cinayət işi üzrə Ermənistan İstintaq Komitəsi daha 16 nəfər barəsində həbs qərarı verilməsi üçün məhkəməyə müraciət edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR