Livanda İsa Məsihin heykəli yenidən quraşdırılıb

İtaliyanın BMT sülhməramlı kontingenti UNIFIL çərçivəsində fəaliyyət göstərərək Livanın cənubunda dağıdılmış İsa Məsih heykəlinin yerinə yenisini quraşdırıb.
Hadisə İsraillə sərhədə yaxın yerləşən xristian kəndi Dəbl ərazisində baş verib. Məlumata görə, əvvəlki heykəl İsrail hərbçiləri tərəfindən dağıdılmışdı.
İtaliyanın Baş naziri Corcia Meloni (Giorgia Meloni) bu addımı yüksək qiymətləndirərək bildirib ki, yeni heykəlin quraşdırılması “ümid, dialoq və sülhün güclü mesajıdır”.
Bundan əvvəl İsrail ordusu hadisə ilə bağlı açıqlama verərək iki hərbçiyə 30 gün müddətinə həbs cəzası verildiyini və onların xidmətdən uzaqlaşdırıldığını bildirib. Hadisə zamanı müdaxilə etməyən daha altı hərbçi isə izahat verməyə çağırılıb.
🔹 Qeyd olunur ki, bu addım bölgədə gərginliyin azaldılması və dini dəyərlərə hörmətin nümayiş etdirilməsi baxımından əhəmiyyətli hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.