AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Roskomnadzor” rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb, 1 nəfər zərərsizləşdirilib, 7 nəfər tutulub

  • + A
  • - A
  • Bu gün, 10:17

    “Roskomnadzor” rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb, 1 nəfər zərərsizləşdirilib, 7 nəfər tutulub

    Rusiyada “Roskomnadzor” rəhbərliyinə terror hazırlanıb.

    Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

    Bildirilib ki, Rusiya xüsusi xidmət orqanları terror aktının qarşısını alıb.

    "Terror aktı planlaşdırmaqda iştirak edən ifrat sağçı və neofaşist ideologiyasının yeddi tərəfdarı saxlanılıb. Onlar Ukrayna kəşfiyyat orqanları tərəfindən Telegram vasitəsilə "verbovka" ediliblər. Qrupun lideri olan Moskva sakini silahlı müqavimət göstərib və zərərsizləşdirilib.

    “Roskomnadzor” rəhbərliyinə qarşı terror aktı planlaşdıranlardan 1 kiloqramlıq partlayıcı qurğu, qumbara, tapançalar və Ukrayna döyüşçülərinin simvolları müsadirə edilib", - FSB-nin məlumatında qeyd olunub.(Apa)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR