AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağ Ev təsdiqlədi: Uitkoff və Kuşner İranla danışıqlar üçün Pakistana gedəcək

  • + A
  • - A
  • Dünən, 21:54

    Ağ Ev təsdiqlədi: Uitkoff və Kuşner İranla danışıqlar üçün Pakistana gedəcək

    Ağ Ev təsdiqlədi: Uitkoff və Kuşner İranla danışıqlar üçün Pakistana gedəcək
    ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner İran nümayəndə heyəti ilə birbaşa danışıqlar aparmaq məqsədilə yenidən Pakistana səfər edəcəklər.

    Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib. Onun sözlərinə görə, görüş təşəbbüsü İran tərəfinə məxsusdur.

    “İranlılar bu görüşün keçirilməsi xahişi ilə özləri müraciət ediblər”, – deyə Livitt bildirib.
    Məlumata əsasən, ABŞ-ın vitse-prezidenti Cey Di Vens də lazım gələrsə Pakistana səfərə hazırdır.

    Qeyd edək ki, bu görüş Vaşinqton və Tehran arasında gərgin münasibətlər fonunda baş tutur və tərəflər arasında mümkün dialoqun bərpası baxımından mühüm əhəmiyyət daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR