AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan xəbərləri: Bakı və Dünya hadisələri | Report.az İlham ƏliyevWUF13ABŞ-İran danışıqları Axtarış AZ RU EN Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Digər Dünya Analitika Multimedia Azərbaycanın Ukraynaya huma

  • + A
  • - A
  • Bu gün, 17:23

    Azərbaycan xəbərləri: Bakı və Dünya hadisələri | Report.az İlham ƏliyevWUF13ABŞ-İran danışıqları  Axtarış  AZ RU EN Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Digər Dünya Analitika Multimedia Azərbaycanın Ukraynaya huma


    Azərbaycan xəbərləri: Bakı və Dünya hadisələri | Report.az
    İlham ƏliyevWUF13ABŞ-İran danışıqları

    Axtarış

    AZ
    RU
    EN
    Əsas xəbərlər
    Son xəbərlər
    Siyasət
    İqtisadiyyat
    Cəmiyyət
    İdman
    Mədəniyyət
    Digər
    Dünya
    Analitika
    Multimedia
    Azərbaycanın Ukraynaya humanitar yardımı prinsipial və praqmatik siyasətin nümunəsidir - RƏY
    Daxili siyasət
    25 aprel, 2026
    17:04
    Azərbaycanın Ukraynaya humanitar yardımı prinsipial və praqmatik siyasətin nümunəsidir - RƏY
    Azərbaycanın Ukraynaya humanitar yardımı dövlət maraqları baxımından balanslaşdırılmış, prinsipial və praqmatik siyasətin nümunəsidir.

    Bununla bağlı Milli Məclisin deputatı Vasif Qafarov danışıb.

    Onun sözlərinə görə, uzun illər münaqişədən, işğaldan və mina problemindən əziyyət çəkən ölkə kimi Azərbaycan müharibənin mülki əhali üçün yaratdığı nəticələri yaxşı anlayır:

    "Buna görə Ukraynaya göndərilən elektrik generatorları, kabellər, transformatorlar, tibbi və zəruri ləvazimatlar siyasi tərəf tutmaqdan çox humanitar məsuliyyət kimi qiymətləndirilməlidir. 2025–2026-cı illərdə Azərbaycan Ukraynaya elektrik təchizatının bərpası üçün yeni yardım partiyaları göndərib. Ukrayna tərəfi Azərbaycanın ümumi humanitar dəstəyinin 45 milyon ABŞ dollarını keçdiyini bildirib. Mina təmizlənməsi sahəsində yardım da xüsusi əhəmiyyət daşıyır".

    O qeyd edib ki, Azərbaycan özü işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə üz-üzədir və bu sahədə həm ağrılı təcrübəyə, həm də texniki biliklərə malikdir:

    "ANAMA xətti ilə Ukraynaya "Revival P" minatəmizləmə texnikasının verilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın humanitar diplomatiyasının konkret nəticəsidir".

    Deputat vurğulayıb ki, müharibədən zərər çəkmiş uşaqların Bakıya gətirilməsi, onların psixoloji və sosial bərpasına dəstək göstərilməsi gələcək nəsillərin travmadan çıxmasına xidmət edir:

    "Ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası da bu siyasətin mühüm hissəsidir. 2025-ci ildə daha 30 uşağın reabilitasiya üçün Azərbaycana göndərilməsi, 2026-cı ildə isə yeni qrupların qəbul edilməsi bu təşəbbüsün davamlı xarakter daşıdığını göstərir".

    V.Qafarov onu da qeyd edib ki, Azərbaycanın Ukrayna-Rusiya müharibəsində neytral mövqe tutması dövlət maraqlarına əsaslanan rasional siyasətdir:

    "Azərbaycan Ukraynanın ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşır, lakin müharibədə hərbi-siyasi bloklaşmaya qoşulmur. Bu yanaşma ölkəmizə həm Ukrayna ilə humanitar və siyasi əlaqələri saxlamağa, həm də Rusiya ilə təhlükəsizlik, nəqliyyat, iqtisadiyyat və regional sabitlik sahələrində münasibətləri davam etdirməyə imkan verir. Bu siyasətin məntiqi ondan ibarətdir ki, Azərbaycan öz aralarında problem yaşayan dövlətlərlə münasibətləri bərabərhüquqlu əsasda inkişaf etdirməyi bacarır. Rusiya-Gürcüstan münasibətləri fonunda Azərbaycanın həm Moskva, həm də Tbilisi ilə işlək münasibətlər saxlaması buna nümunədir. Eyni model Ukrayna və Rusiya istiqamətində də görünür: Azərbaycan humanitar məsələlərdə Ukraynaya dəstək verir, eyni zamanda Rusiya ilə açıq qarşıdurmaya getmir".


    Deputat vurğulayıb ki, Ukraynaya yardım Azərbaycanın beynəlxalq imicini gücləndirir, mina və müharibə qurbanları ilə həmrəyliyini göstərir, amma ölkəni böyük güclərin qarşıdurmasının birbaşa tərəfinə çevirmir:

    "Nəticə etibarilə, Azərbaycanın mövqeyi üç əsas prinsipə söykənir: humanizm, ərazi bütövlüyünə hörmət və milli maraqların qorunması. Dövlət maraqlarımız baxımından ən düzgün xətt də məhz budur: humanitar dəstək göstərmək, diplomatik balansı qorumaq və Azərbaycanın regional sabitlikdə müstəqil aktor kimi rolunu möhkəmləndirmək".

    Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
    Müəllif
    Sevil Seymur
    Sevil Seymur
    Sosial şəbəkələrdə paylaşın

    USD - 1.700EUR - 1.986TRY - 0.038GEL - 0.632RUB - 0.022UAH - 0.039
    partly cloudyBakı 13° C
    Son xəbərlər
    17:04
    Azərbaycanın Ukraynaya humanitar yardımı prinsipial və praqmatik siyasətin nümunəsidir - RƏY
    Daxili siyasət
    17:01
    "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis: "Gəncə" ilə oyun bizim üçün çətin olsa da ruhdan düşmədik"
    Komanda
    17:00
    Azərbaycandakı bankların əməliyyat mənfəətinin məbləğinə görə renkinqi (Yanvar-mart, 2026)
    Maliyyə
    16:59
    WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq
    Daxili siyasət
    16:52
    Azərbaycanda pambıq mahlıcı istehsalı 16 % artıb
    Sənaye
    16:44
    İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır
    Region
    16:40
    İtkin düşən 13 nəfər ötən gün tapılıb
    Hadisə
    16:40
    Azərbaycandakı bankların qeyri-faiz xərclərinin məbləğinə görə renkinqi (Yanvar-mart, 2026)
    Maliyyə
    16:27
    Avropa çempionatı: Azərbaycanın beş sərbəst güləşçisi yarımfinala yüksəlib
    Fərdi
    Bütün Xəbər Lenti
    Azərbaycan xəbərləri: Bakı və Dünya hadisələri | Report.az
    Haqqımızda
    Bizimlə əlaqə
    Siyasət
    İqtisadiyyat
    Cəmiyyət
    İdman
    Mədəniyyət
    Dünya
    Analitika
    Multimedia
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

    "Report" müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR