AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp, Netanyahu və Aunun görüşü mayın ikinci ongünlüyünə planlaşdırılır

  • + A
  • - A
  • Bu gün, 17:51

    Tramp, Netanyahu və Aunun görüşü mayın ikinci ongünlüyünə planlaşdırılır

    ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunun görüşü mayın ikinci ongünlüyündə Vaşinqtonda keçiriləcək.

    Bu barədə "i24NEWS"un diplomatik müxbiri Qay Azriel "X" sosial şəbəkəsində məlumat yayıb.

    "Baş nazir Benyamin Netanyahunun Prezidenti Donald Tramp və Livan Prezidenti Cozef Aunla liderlərin sammitində iştirak etmək üçün təxminən iki həftə yarım sonra Vaşinqtona gələcəyi gözlənilir", - o yazıb.

    Qeyd edilir ki, səfər planlaşdırma mərhələsindədir və təhlükəsizlik sahəsindəki vəziyyətdən, o cümlədən hərbi əməliyyatların bərpa olunmaması şəraitindən asılı olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR